IKT

27 Aprel

Avropa İttifaqının layihə rəhbəri: Dövlət səviyyəsində innovasiyalar tətbiq edilir, burada çatışmayan onun fermerlərə ötürülməsidir.

Dövlət səviyyəsində innovasiyalar tətbiq edilir, burada çatışmayan onun fermerlərə ötürülməsidir
"Fins.az" xəbər verir ki, bunu Avropa İttifaqının üzv dövlət Layihə Rəhbəri, İtaliya kənd təsərrüfatı ödəmə Agentliyi Salvatore Carfi “Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq  üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması üzrə Tvinninq layihəsi”-nun bağlanış konfransında deyib.
O bildirib ki, dövlət qurumunun tərkibində İnnovasiyalar var bunu fermerlər səviyyəsinə endirmək,fermerlər səviyyəsində bunu tətbiq etmək üçün işlər görmək onlara bu innovasiyaları tanıtmaq lazımdır.Biz bununla bağlı daha çox cəhdlər göstərməliyik,təlimlər keçməliyik ki,onlar inovasiyalardan istifadə edə bilsinlər.Dövlət səviyyəsində innovasiyalar var burada çatışmayan onun fermerlərə ötürülməsidir.Bu əsas vacib məsələlərdən biridir.
Cafi bu sahədə ölkəmizdə həyata keçirilməli olan tədbirlər barədə təklifini də səsləndirərək “Mən təklif edirəm ki,bu məsələni biz nəzərinizə saxlayaq.Keçmişdə biz böyük işlər görmüşük zəhmət olmasa fermerlərə təlimlər keçin mexanizmləri sadələşdirir, innovasiyaları fermerlərə öyrədin,”-deyə əlavə edib.

Müəllif:Aynur Qəniyeva