IKT

27 Aprel

Aqro turizm operatorlarının idarəetmə strukturları  və korparativ struktur yanaşma təklif edilib

Aqro turizmlə bağlı tur operatorların idarəetmə strukturları korparativ struktur yanaşma modeli təklif edilib. 

"Fins.az"xəbər verir ki, bunu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi  yanında Aqrar Kredit  və İnkişaf Agentliyinin Layihələr və Proqramlar şöbəsinin müdiri Fərid Əmirov deyib.

O bildirib ki, aqro turizm təsərrüfatı subyekti olaraq qeydiyyatdan keçmək üçün, yaxud da aqro turizm operatoru olaraq qeydiyyatdan keçmək üçün konkret tələb olunan minimal meyarlar, kriteriyalar həmin texniki təlimatlarda müəyyənləşib.

Fərid Əmirov təklif olunan texniki tələblərə də toxunaraq, "Texniki təlimatlarda tur operatorların idarəetmə strukturları korparativ struktur yanaşma modeli təklif edilib. Həmçinin, burda milli reysterlə bağlı məsələ öz həllini tapıb. Mövcud institutunal konteksdə uyğunlaşdırma işləri aparılıb, aqro turizmlə bağlı prosedurlar müəyyənləşdirilib, hansı prosedurlardan keçirilməlidir ki, aqro turizm operatoru olaraq reysterə daxil edilə bilsinlər. Gələcək inkişafı hədəfləyən fəaliyyət planı da texniki təlimatlarda öz əksini tapıb. Aqro turizm fəaliyyəti ilə məşğul olmaq üçün birinci fermer təsərrüfatlarının olması vacibdir. Ən azı bir hektar təsərrüfata fermer malik olmalıdır. Müəyyən şərtlər daxilində yaşayış yerlərinin , istirahətin təmin edilməsi meyarları da texniki təlimatlarda öz əksini tapıb,"-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva