IKT

27 Aprel

Aqro turizmlə bağlı qanun layihəsi hazırlanıb ,aqro turizm operatoru ilə bağlı tələblər müəyyənləşib

Layihənin icra müddətində aqro turizmin inkişafı, aqro turizmin milli sisteminin ölkədə tətbiqi üçün vacib sənədlər işlənib hazırlanıb. 

"Fins.az" xəbər verir ki,  AKİA-nın Layihələr  və Proqramlar şöbəsinin müdiri  Fərid Əmirov deyib

O bildirib  ki, Aqro turizm həm kənd təsərrüfatının ,həm turizm sahələrinin birgə meydana gələn xidmət sahəsidir. Regionlar üçün, fermerlər üçün ,həm ölkə iqtisadiyyatı üçün əvəzsiz üstünlüklər vəd edir. Regionlarda iqtisadiyyatının diversifikasiyasına yardım edir, eyni zamanda, regionda məşğulluğun təmin edilməsinə xidmət edir. 

 Fərid Əmirov qeyd edib ki, bu qədər göstəriciləri nəzərə alsaq ölkədə milli aqro sisteminin yaradılması üçün fəaliyyət planı da daxil olmaqla bütünlükdə aqro turizm üçün sektorlar üzrə təlimatalr hazırlanıb. Təlimatlarda aqro turizmə bir anlayış verilib.

O eyni zamanda regionlarda bu sahə  ilə məşğul olan fermerlərlə işə də toxunaraq "Regionarda bu sahə ilə məşğul olan fermerlərimiz var, öz təsərrüfat subyektlərinə turizm elementləri də qataraq əlavə bir aqro turizm fəaliyyətləri ilə məşğuldurlar. Sadəcə olaraq, bu proseslər Avropa İttifaqında qanunvericilik çərçivəsinə salınıb, qanunvericilik çərçivəsi müəyyənləşdirdikdən sonra fermerlər daha ciddi,daha real və daha əlçatan xidmətlər əldə etdiyindən nəticə etibarilə gəlirlərini diversifikasiya edə bilirlər. Bu qanunvericilik çərçivəsi ilk növbədə fermerlər üçün vacib idi. Biz bu layihə çərçivəsində beynəlxalq və yerli ekspertlərlə qanun layihəsi hazırladıq, müxtəlif təlimatlar hazırlandı. Aqro turizmə tərif verilib. Aqro turizm operatoru olaraq qeydiyyatdan keçmək üçün konkret tələb edilən meyarlar müəyyənləşib,"-deyə əlavə edib.

Müəllif:Aynur Qəniyeva