IKT

27 Aprel

AKİA rəhbəri: Kiçik fermerlər sixemi və  vahid ödəniş sistemləri ilə bağlı layihələr hazırlanıb

Kiçik fermerlər sixemi və  vahid ödəniş sistemləri ilə bağlı layihələr hazırlanıb 

Fins.az- xəbər verir ki, bunu AKİA-nın rəhbəri  Seymur Mövlayev deyib.

O bildirib ki, Azərbaycandakı mövcud vəziyyətin Avropa İttifaqının kənd təsərrüfatı siyasəti çərçivə sənədinin və Ümumdünya Ticarət Təşkilatının razılaşdırılmış sənədi ilə  Azərbaycandakı vəziyyət qiymətləndirilmiş və nəticədə kiçik fermerlər sistemi və  vahid ödəniş sistemləri ilə bağlı layihələr hazırlanıb təqdim edilmişdir.Mövcud vəziyyətin dəyərləndirilməsi və Avropa təcrübəsi ilə bağlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində görüləcək işlərimiz var.

O eyni zamanda gələcəkdə həyata keçiriləcək tədbirlərə də toxunaraq "Gələcəkdə Elektron Kənd Təsərrüfatı informasiya sisteminin inkişafı və ümumiləşdirilməsi istiqamətində mövcud ekspertlərin də xüsusi dəstəklərini olub,"-deyə qeyd edib.

Seymur Mövlayevin sözlərinə görə, xsusən də İsmayıllı və Lənkəran zonasında subsidiyalardan yararlanma ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi  baxımından xüsusi svop analizləri həyata keçirilib.

Müəllif Aynur Qəniyeva