IKT

27 Aprel

Nazir müavini:Ərzaqlıq buğdanın artırılması ilə bağlı aidiyyəti qurumlarla imkanlara baxılır

Ərzaqlıq buğdanın artırılması ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparılır. 

"Fins.az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. 

O qeyd edib ki, ərzaqlıq buğdanın istehsalının artırılması ilə bağlı nələr edə bilərik. Bununla bağlı, imkanlara baxılır. Təkliflər konkretləşdikdə bu hökumətə təqdim ediləcək. Bunun üzərində müzakirələr aparılır ki, hansı versiyalar təqdim edilə bilər. 

O, Rusiyanın iyul ayına qədər buğda ixracına qadağa qoymasına , Qazaxıstanın buğda ixracına kvota tətbiq etməsinin Azərbaycana təsirinə münasibət bildirib:" Buğda ixracına müvəqqəti qadağaların tətbiq edilməsi əvvələrdə yaşanıb. Qadağalar ölkədə istifadə edilən ərzaqlıq buğda və ya başqa məhsullarla bağlı ola bilər. Bunlarla bağlı ölkədə ehtiyatlar da mövcuddur. Yəni ,hər hansı bir qadağa və ya qısamüddətli qadağanın birbaşa təsir edəcək və nələrəsə səbəb olacaq şəkildə nəticə çıxarmaq düzgün deyil. Bu ölkənin ehtiyatları hazırda təbii ki, təlabatı qarşılayan səviyyədədir. Növbəti mərhələdə həm dünyada həyata keçirilən hadisələrə baxılacaq, ona uyğun qərarlar veriləcək. Mütləq başqa imkanlar nəzərdən keçirilir.