IKT

27 Aprel

Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqı arasında Tvinninq layihəsinin  bağlanış konfrası keçirilib

Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqının birgə əməkdaşlığı çərçivəsində “Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması üzrə Tvinninq layihəsi”nin bağlanış konfransı keçirilib.

"Fins.az"xəbər verir ki ,tvinninq layihəsinin icrası və koordinasiyasında məsul qurum Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir. (AKİA) AKİA-nın sədri Seymur Mövlayev isə çıxışında Tvinninq layihəsinin uğurlu icrası istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində 3 ilə yaxın müddətdə görülən işlər, həyata keçirilən tədbirlər və gələcəkdə birgə əməkdaşlıq istiqamətləri barədə məlumat verdi.
Xatırladaq ki, Tvinninq layihəsinin məqsədi Kənd təsərrüfatına və kənd yerlərinin inkişafına dövlət dəstəyi sisteminin effektivliyini və səmərəliliyini artırmaq üçün dəstək verərək hökumətin iqtisadiyyatın şaxələndirilməsi, regional fərqlərin azaldılması və kənd yerlərində yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə bağlı siyasətinin həyata keçirilməsinə kömək etməkdir.