Ağdam rayonunda 2022-ci ilin birinci rübündə aqrar sahədə məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artıb.
Rayon statistika idarəsindən verilən məlumata görə, cari ilin yanvar-mart aylarında 13 milyon 362,9 min manat həcmində kənd təsərrüfatı məhsulu buraxılıb. Bu göstərici 2021-ci ilin müvafiq dövrünün göstəricilərindən 1 milyon 764,3 min manat çoxdur.
Cari ilin birinci rübündə ümumi məhsul buraxılışı əsasən kənd təsərrüfatının heyvandarlıq sahəsinin payına düşüb.