“Aqroservis” ASC 50 ədəd taxılyığan kombaynın (xırdalayıcı ilə) tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
"Fins.az"xəbər verir k,seçim təkliflər sorğusu üsulu ilə aparılır.
Təkliflər 24 aprel saat 18:00-dək qəbul olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci ilin avqust ayında ““Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Aqroservis” ASC adlandırılıb