IKT

19 Aprel

Pambığın ixrac dəyəri 7%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 86 512,75 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

Fins.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 7,3% artıb.

Cari ilin ilk üç ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,08%-ə bərabər olub.

Hesabat dövründə ölkədən 72 852,2 min dollar dəyərində 32 815,8 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər göstəricisi üzrə 5,6% çox, həcm göstəricisi üzrə isə 30% azdır.

Cari ilin yanvar-mart ayları ərzində ölkədən 13 269,88 min dollar dəyərində (artım 29,3%) 3 147,1 ton (azalma 21,5%) iplik pambıq ixrac olunub.
Pambıq idxalının dəyəri 1 114,93 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 2,4% azdır. Bu ilin ilk üç ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,04% təşkil edib.