IKT

18 Aprel

Şamaxıda ilin birinci rübündə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 20 faizdən çox artıb

Şamaxı rayonunda cari ilin ilk üç ayında kənd təsərrüfatı məhsulları istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artıb.

Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2020-ci ilin birinci rübündə Şamaxıda 14 milyon 178,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu göstərici keçən ilin eyni dövrü müqayisədə 2 milyon 437,3 min manat çoxdur. İlk 3 ayda aqrar sektorda istehsal edilən məhsullar əsasən heyvandarlığın payına düşür.