Kürdəmir rayonunda çiyid səpini kampaniyası davam edir və artıq 1000 hektara yaxın sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Qorxmaz Şükürov bildirib ki, cari mövsümdə Kürdəmirdə 2000 hektardan çox sahədə əkin aparılması nəzərdə tutulub. Hazırda bu mühüm kampaniyanın vaxtında və aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün ciddi səy göstərilir. Hər gün sahələrə 20 səpin aqreqatı çıxarılır. Bütün ərazilərdə, o cümlədən Qarasu, Şilyan, Muradxan, Sor-Sor, Cəyli, Carlı və digər ərazi vahidlərində səpin mütəşəkkil şəkildə davam etdirilir.
Hava şəraiti əlverişli keçərsə, çiyid səpini kampaniyası aprelin 25-dək yekunlaşacaq.