IKT

13 Aprel

Zərdabda çiyid səpininə başlanılıb

Zərdab rayonunda çiyid səpini kampaniyasına başlanılıb və qısa vaxtda 915 hektar sahədə əkin aparılıb.

Rayon icra hakimiyyətindən  bildirilib ki, cari mövsümdə istehsalçılarla emal müəssisələri arasında bağlanan müqaviləyə əsasən 2796,2 hektar sahədə çiyid səpini aparılacaq. Hər yerdə, xüsusilə Bəyimli qəsəbə, Yarməmmədbağı, Dəkkəoba və bir sıra digər ərazi vahidlərində səpinə mütəşəkkil hazırlıqla başlanılıb.

Çiyid səpini üçün sahələrə 36 texnika çıxarılıb. Hər yerdə əkinin yüksək aqrotexniki tələblər səviyyəsində aparılması və aprelin sonunadək başa çatdırılması üçün ciddi səy göstərilir.