Aqrar bölgə olan Ağsu rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda bölgədə 38 min 171 baş mal-qara bəslənilir. Son illərdə heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdırlar. Doğulan hər buzova görə dövlət tərəfindən verilən subsidiya da bu marağı artırıb.
Rayon Statistika İdarəsindən bildirilib ki, 2022-ci ilin birinci rübündə 409 baş inək və düyə süni yolla mayalandırılıb. İlin üç ayında 347 baş cinsi yaxşılaşdırılan buzov alınıb.
Qeyd edək ki, rayonda süni mayalandırma üzrə 7 məntəqə məşğul olur və bu məntəqələrdə peşəkar mütəxəssislər çalışır