IKT

12 Aprel

"Azərbaycandan Rusiyaya göndərilən pomidorlara qadağaların qoyulması ilə bağlı qərar yoxdur”

Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycandan ora gedən pomidorlara qadağaların qoyulması ilə bağlı qərar yoxdur”.

"Fins.az" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan ixrac olunan pomidor və alma məhsullarının ixracı mümkündür:

“Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur”.

Qeyd edək ki, Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidorun Rusiyaya buraxılmaması barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") yaymışdı

(c)APA