IKT

11 Aprel

Kürdəmirdə 2000 hektardan çox sahədə çiyid səpini nəzərdə tutulub

Kürdəmir rayonunda çiyid səpininə start verilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 2000 hektardan çox sahədə əkin aparılması nəzərdə tutulub. Artıq bir neçə gündə 145 hektar sahədə çiyid səpilib.

Qeyd edək ki, “P-Aqro” MMC, “MKT” MMC, “Kürdəmir-Pambıq” ASC tərəfindən aparılan çiyid əkininə 20 səpin aqreqatı cəlb edilib. Əkin aparılacaq sahələr vaxtında şumlanıb, arata qoyulub və malalanaraq hazır vəziyyətə gətirilib. Kifayət qədər toxum və gübrə tədarük olunub.

Rayonda səpinə ilkin olaraq Şilyan, Muradxan, Sor-Sor, Cəyli, Carlı və ərazi vahidlərində başlanılıb.