IKT

11 Aprel

Bu rayonda ötən illə müayisədə yaz əkinlərinin sahəsi artıb

Neftçala rayonu üzrə təsərrüfatlarda yaz tarla işləri davam etdirilir.

Rayon Statistika Idarəsindən  verilən məlumata görə, indiyədək rayon üzrə 2306,4 hektar sahədə yazlıq əkin aparılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə yazlıq əkinlər 164,4 hektar və ya 7,7 faiz çox əkilib. Sahələrin 1939,5 hektarını yonca, 143,8 hektarını kartof, 55,1 hektarını tərəvəz, 23 hektarını bostan, 130 hektarını arpa, 5 hektarını qarabaşaq, 10 hektarını qarğıdalı bitkisi təşkil edib.