IKT

07 Aprel

Satışa çıxarılacaq Qarabağ  atlarının ilkin qiymətləri açıqlanıb

 Azərbaycanda ilk dəfə Qarabağ atları hərrac yolu ilə satışa çıxarılacaq.

"Fins.az" xəbər verir ki, satışa çıxarılacaq atların ilkin qiymətləri də açıqlanıb.

Məlumata görə, hərraca üç Qarabağ atı - Sahil, Zilaxar və Sultan çıxarılacaq. Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub.