IKT

08 Aprel

Ağsu rayonunda yazlıq bitkilərin əkini davam edir

Ağsu rayonunda yazlıq bitkilərin əkini davam edir və torpaq mülkiyyətçiləri indiyədək 687 hektarda əkin aparıblar.

Rayon Statistika İdarəsindən  bildirilib ki, əkinçiliklə məşğul olan fermerlər və fiziki şəxslər artıq 307 hektar sahədə tərəvəz, 102 hektarda bostan, 147 hektarda kartof, 29 hektarda dənli paxlalılar, habelə 102 hektarda yonca əkiblər. Əksər ərazilərdə, xüsusilə Padar, Ərəbuşağı, Qaraqoyunlu, Kəndoba və bir sıra digər kənd ərazi icra dairələrində yazlıq əkinlər daha mütəşəkkil aparılır.

Ötən ay havaların əlverişsiz keçməsi əkinçilərin işində ləngimələrə səbəb olsa da, onlar bu mühüm kampaniyanın yüksək aqrotexniki tələblər səviyyəsində başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.