Bu ilin yanvar-mart aylarında Qax rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, üç ayda rayonda 573 ton diri çəkidə ət, 2 min 679,7 ton süd, 2 milyon 55 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 11,6 ton, süd istehsalı 67,8 ton, yumurta istehsalı isə 15 min ədəd artıb.
Bu barədə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 569,1 tonu, südün 2 min 616,6 tonu, yumurtanın isə hamısı ailə-kəndli ev və fərdi sahibkarlıq təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə üç ayda 3,9 ton ət, 63,1 ton süd istehsal olunub.
Cari ilin birinci rübündə rayonda 1775 baş inək və camış süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 baş çoxdur. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 907 baş buzov və balaq doğulub.