Ağsu rayonunda kartof əkini davam edir və artıq 150 hektar sahədə əkin aparılıb.
Bu barədə Statistika İdarəsindən bildirilib.
Qeyd edək ki, kartofçuluq rayonda əhalinin məşğul olduğu ənənəvi təsərrüfat sahələrindəndir. Ötən il 167,5 hektar sahədə kartof yetişdirən torpaq mülkiyyətçiləri 1432 ton məhsul istehsal ediblər. Cari ildə 170 hektardan çox sahədə kartof əkini gözlənilir. Artıq dağətəyi ərazilərdə, o cümlədən Padar, Qaraqoyunlu, Gəgəli kənd icra nümayəndəliklərində əkin yekunlaşıb. Daha çox kartof əkilən şimal dağlıq ərazilər olan Nuran, Kalva, Nüydü, Xanbulaq və bir sıra digər icra nümayəndəliklərində isə əkin davam edir.