IKT

07 Aprel

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb

2022-ci ilin yanvar-mart aylarında Tərtər rayonunda ət və süd istehsalında artım qeydə alınıb.

Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, ilin ilk üç ayında rayonda 812,5 ton diri çəkidə ət, 5 min 922,4 ton süd istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,6 ton, süd istehsalı 133,2 ton artıb. İstehsal olunan diri çəkidə ətin 812 tonu, südün 5 min 879 tonu ailə-kəndli ev və fərdi sahibkarlıq təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə üç ayda 0,5 ton ət, 43,4 ton süd istehsal olunub.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Cari ilin birinci rübündə rayonda 138 baş inək və camış süni yolla mayalandırılıb, 163 baş cinsi yaxşılaşdırılmış buzov doğulub. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.