IKT

06 Aprel

Azərbaycanda arı ailələrinin sayı 4,8% artıb

 2022-ci ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanda bütün təsərrüfat kateqoriyaları üzrə 625300 vahid arı ailəsi mövcud olub. 
 
"Fins.az"xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il yanvarın 1-nə nisbətən arı ailələrinin sayı 28648 vahid və ya 4,8% artıb. 
 
Mövcud arı ailələrinin böyük əksəriyyəti (99,7%-i) fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının payına düşüb ki, son bir ildə bu rəqəm 28098 vahid və ya 4,7% artaraq 623591 arı ailəsi təşkil edib.