IKT

05 Aprel

8500 hektardan çox sahədə pambıq becəriləcək

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.

Artıq 1689 istehsalçı ilə 4610,29 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3200 hektarı “Azərpambıq” MMC və 750 hektarı “P-Agro” MMC ilə olmaqla, 8560,29 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə yaxın günlərdə başlanacaq.

Qeyd edək ki, 2021-ci ildə Beyləqan rayonunda 8629,5 hektar sahədə pambıq əkilib, 24 min 860,45 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,8 sentner olub.