IKT

01 Aprel

Ucarda 800 hektardan çox sahədə yazlıq bitkilər əkilib

Ucar rayonunda yazlıq bitkilərin əkini davam edir və artıq 834 hektar sahədə əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahsoltan İbrahimov bildirib ki, indiyədək əkilən yazlıq bitkilərin sahəsi 2021-ci il ərzində əkilən cəmi göstəricidən 84 hektar çoxdur. Bölgədə əsasən kartof, soğan, kələm, sarımsaq, heyvandarlıq üçün zəruri olan yonca əkilir. Yazlıq əkinlərdə bütün sahələr üzrə artım olub. Torpaq mülkiyyətçiləri bu gün bazarlarda böyük tələbat olan, ailə büdcələrinə yaxşı gəlir gətirən məhsulların yetişdirilməsində daha çox maraqlıdırlar.

Qeyd edək ki, yazlıq bitkilərin əkini rayonun əksər ərazilərində, xüsusilə Qazıqumlaq, Qarabörk, Yuxarı Şilyan, Müsüslü, Qulabənd və bir sıra digər kənd icra nümayəndəliklərində daha mütəşəkkil aparılır.