IKT

01 Aprel

Qaxın təsərrüfatlarında indiyədək 11 min hektardan çox taxıl sahəsinə yemləmə gübrəsi verilib

Ötən ilin payızında Qax rayonunun təsərrüfatlarında 2022-ci ilin məhsulu üçün 13 min 238 hektar sahəyə taxıl səpilib. Taxıl əkinlərinin 8 min 830 hektarını buğda, 4 min 408 hektarını arpa sahələri təşkil edir. Hazırda taxıl sahələrinə yemləmə gübrələri (azot, karbamid) verilir.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov bildirib ki, yemləmə gübrələrinin tətbiqi payızlıq taxılın məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricilərinin yüksəlməsinə də yaxşı təsir göstərir. İndiyədək 11 min 350 hektar sahəyə yemləmə gübrəsi verilib və bu iş davam etdirilir. Yaxın günlərdə taxıl sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinə də başlanılacaq.