IKT

01 Aprel

Bu il Qaxda 373 hektar sahədə tütün əkini proqnozlaşdırılır

Qax rayonunun təsərrüfatlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Cari təsərrüfat ilində rayonda 373 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari mövsümdə Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC tərəfindən Qax rayonunda 224 hektar, keçmiş “Azərtütün ASK” MMC (hazırda “Tabaterra Leaf” QSC) tərəfindən isə 149 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır. Həmin müəssisələrin istixana təsərrüfatlarında yetişdirilən tütün şitillərinin aprelin üçüncü ongünlüyündə sahələrə köçürülməsi nəzərdə tutulur.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 477 hektar sahədən 560,8 ton quru tütün əldə ediblər.