IKT

15 Mart

Azərbaycanda yazlıq bitkilərin əkin sahələri azalıb

Bu ilin mart ayının 1-dək Azərbaycan ərazisində 53,4 min hektar sahədə yazlıq bitkilər əkilib.

Bu göstərici ötən ilin müvafiq göstəricisinə nisbətdə 13,6% azalıb.

Yazlıq bitkilərin əkini üzrə cari ilin əvvəlindən 7,5 min hektar (ötən ilin göstəricisindən 15% az) sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,4 min hektar (artım 2,6%) sahədə kartof, 10,3 min hektar sahədə (1,7% çox) tərəvəz, 21,1 min hektar sahədə (25,6% az) çoxillik otlar, 0,1 min hektar sahədə sair bitkilər əkilib.

Yazlıq əkin sahələrin 39,5%-i çoxillik otların, 27%-i kartofun, 19,3%-i tərəvəzin, 14%-i dənlilər və dənli paxlalı bitkilərin, 0,2%-i sair bitkilərin payına düşüb.

Təsərrüfatlarda cari ilin ilk iki aylarında 39,2 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 16,6% çox tərəvəz məhsulları istehsal edilib.