IKT

05 Mart

Balın 1 kiloqramının 2021-ci ildə olan orta satış qiyməti açıqlanıb

2021-ci ildə Azərbaycanda 33332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı südü əldə olunub.

"Fins.az" xəbər verir ki,  Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il balın 1 kiloqramının orta satış qiyməti 25,3 manat, mumun 1 kiloqramının orta satış qiyməti 13,2 manat, vərəmumun 1 kiloqramının orta satış qiyməti 92,3 manat, güləmin 1 kiloqramının orta satış qiyməti 117,5 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,5 manat olub.