Fevral ayında dünya bazarında ərzaq qiymətləri yenidən artaraq rekord həddə çatıb.
Bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yayıb.
Qeyd olunur ki, qarğıdalının dünya bazarında qiyməti 5,1 faiz, buğdanın qiyməti isə 2,1 faiz bahalaşıb. Bu əsasən Qara dəniz limanlarından beynəlxalq bazarlara tədarüklə bağlı qeyri-müəyyənlik səbəbindən baş verib.
Ən çox artım bitki yağları və süd məhsullarının qiymətlərində müşahidə olunub. Ərzaq məhsullarının bahalaşması onun istehsalı ilə bağlı amillərlə deyil, gübrə və yem istehsalının qiymətlərinin bahalaşmasına gətirib çıxaran enerji sektorundakı vəziyyətlə əlaqələndirilir.