IKT

05 Mart

Rusiya Azərbaycandan tərəvəz idxalına bütün məhdudiyyətləri ləğv etdi

Rusiya Azərbaycan da daxil olmaqla, doqquz ölkədən tərəvəz idxalını artıracaq.
“Fins.az" xəbər verir ki, bu barədə "Rosselxoznadzor" (Rusiyanın Qida Təhlükəsizliyi İdarəsi) açıqlama yayıb.
Bildirilib ki, Türkiyə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistan əlavə idxalın aparılacağı ölkələr sırasındadır:

"Bu ölkələrin bütün ərazilərindən əvvəlki idxal məhdudiyyətləri ləğv edilərək, tərəvəz idxalının davam etdirilməsinə qərar verilib"