IKT

04 Mart

Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq

Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq. Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisdə “Qida təhlükəsizliyi” haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, reyestrdə insan sağlamlığı üçün təhlükəli olan qida məhsulları haqqında məlumatlar veriləcək.

Q.Təhməzli əlavə edib ki, bu qanun Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərini beynəlxalq standartlara uyğunlaşdırır. “Qanun qida zəncirinin bütün mərhələlərində nəzarət sistemi qurmağa imkan verəcək”, - deyə o bildirib.