IKT

01 Mart

Azərbaycanda GMO məhsullara dair yeni tələblər müəyyən edilir

Azərbaycanda genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına dair yeni tələblər müəyyən edilir.

Bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra icazə verilir.

Bu Qanunun 25.8-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçməmiş yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır.