IKT

28 Fevral

Bakıda maşında 200 kq yararsız ət aşkarlanıb

Bakıda saxlanılan avtomobildə xeyli miqdarda yararsız ət aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN)  verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də saat 6 radələrində Ağcabədi rayon sakini S.Niyazovun idarə etdiyi “Mercedes” markalı avtomobil Qaradağ rayonu ərazisində saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 200 kiloqram çəkidə mənşəyi məlum olmayan və qida üçün yararsız ət məhsulu aşkar edilib.
S.Niyazov və sərnişini, qardaşı B.Niyazov saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə təhvil veriliblər.
Araşdırma aparılır.