IKT

29 Sentyabr

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3%-dən çox artıb

Bu ilin yanvar-avqust ayında Naxçıvan Muxtar Respublikasında 338,53 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 3,2% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 15 333 ton, süd istehsalı 70 239 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,8%, süd istehsalı isə 1,7% artıb.

Ümumilikdə muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.