IKT

28 Sentyabr

Bu il Rusiyadan Azərbaycana 7450 başdan çox xırdabuynuzlu heyvan gətirilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssisləri tərəfindən Azərbaycana ixrac üçün nəzərdə tutulan 350 baş xırdabuynuzlu heyvanlara baxış keçirilib.

Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ixracatçılara heyvanların xaricə çıxarılması proseduruna uyğun olaraq, idxal edən ölkənin baytarlıq tələbləri ilə əvvəlcədən tanış olmaları tövsiyə olunub. Yoxlamanın nəticələrinə əsasən heç bir qanun pozuntusu aşkar edilmədikdə müvafiq akt və beynəlxalq baytarlıq sertifikatı tərtib edilir.
Qeyd olunur ki, bu ilin əvvəlindən “Rosselxoznadzor” ərazi idarəsi tərəfindən İordaniya və Azərbaycana ixrac olunan 20 partiyadan ibarət 7450 başdan çox xırdabuynuzlu heyvanlar yoxlanılaraq rəsmiləşdirilib.Tverdən Azərbaycan ixrac üçün nəzərdə tutulan 135,9 ton yükə baxış keçirib
Ötən həftə Rusiya dövlət sərhədində Dövlət Baytarlıq Müfəttişliyi və “Rosselxoznadzor” departamentinin mütəxəssisləri Tver vilayətinin ərazisindən Azərbaycan və Litvaya ixrac üçün nəzərdə tutulan 135,9 ton yükə baxış keçirib.
Dövlət müfəttişləri tərəfindən 60 ton yem qatqısına, 42 ton aktiv olmayan quru pivə mayası, pişiklər və itlər üçün 33,9 ton qidalara baxış keçirilib.Mallara 7 baytarlıq sertifikatı verilib.

Müəllif:Aynur Qəniyeva