IKT

07 Sentyabr

Azərbaycan yaxın 4 ildə meyvə ixracını 70% artırmaq istəyir

“Azərbaycan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvənin ixracını getdikcə artırır”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin sədri Firdovsi Fikrətzadə Aqrar Subsidiya Şurasının bu gün elan edilmiş qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, 2025-ci ilə qədər meyvə ixracında artım 70% təşkil edəcək.

“Bugünkü qərarla meyvə bağlarına subsidiyaların verilməsi Azərbaycanın ixrac potensialını daha da artırmağa xidmət edir”, - o bildirib.