IKT

20 Avqust

Ölkədəki taxıl sahələrinin neçə faizi biçilib?

 2021-ci il avqust ayının  17-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 982,6 min hektar sahənin 960,4 min hektarı və yaxud 97,7 %-i biçilərək məhsulu yığılıb.

Fins.az xəbər verir ki,sahələrdən 3057,1 min ton məhsul toplanmış, məhsuldarlıq 31,8 sentnerə bərabər olmuşdur. Məhsulun 1885,4 min tonunu və yaxud 61,7 faizini buğda, 1146,6 min tonunu (37,5 faizini) arpa, 25,1 min tonunu (0,8 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.