IKT

18 Avqust

Diri çəkidə ət istehsalında artım olub

Cari ilin yanvar-iyul aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 307,9 min ton olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, həmin dövrdə süd istehsalı 1,7 faiz artaraq 1 milyon 263 min ton, yun istehsalı 0,1 faiz artaraq 15 min ton, barama istehsalı 10 faiz artaraq 491,3 ton, yumurta istehsalı isə 4,2 faiz azalaraq 1 milyard 120,7 milyon ədəd təşkil edib.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları istehsalı isə 8,5 faiz artıb.