IKT

17 Avqust

Azərbaycan karbamid ixracını 67 %-dək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 85 027 ton azot gübrəsi ixrac edib.

Bu ilin yeddi ayında həyata keçirilən ixracın dəyəri 20,3 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 68,6 % və 2,7 dəfə çoxdur.

Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 1,5 %, ümumi ixracda isə 0,18 % paya malik olub.

Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.