IKT

16 Avqust

13 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.

Bununla əlaqədar olaraq, 9-13 avqust 2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 13 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 1 ədədi Rusiya, 2 ədədi Vyetnam, 10 ədədi isə Ukrayna istehsalıdır.

 

İstehsalçı ölkə

İstehsalçı şirkət

Preparatın adı

Preparatın növü

1

Rusiya Federasiyası

Nestle Rusiya MMC

Friskies ət ilə, hər cins yetkin yaşlı itlər üçün tam rasionlu quru yem

yem

2

Vyetnam

Asia Animal Pharmaceutical Co., Ltd

Vitamiks-Super

baytarlıq preparatı

3

Vyetnam

Asia Animal Pharmaceutical Co., Ltd

Sol Egg

baytarlıq preparatı

4

Ukrayna

ÇAO PNP Ukrzoovetprompostaç

Enrofloksin-K 10%-li

baytarlıq preparatı

5

Ukrayna

ÇAO PNP Ukrzoovetprompostaç

Toltrakoks 2,5 %-li

baytarlıq preparatı

6

Ukrayna

ÇAO PNP Ukrzoovetprompostaç

Farmatil-50

baytarlıq preparatı

7

Ukrayna

ÇAO PNP Ukrzoovetprompostaç

Farmatil-200

baytarlıq preparatı

8

Ukrayna

ÇAO PNP Ukrzoovetprompostaç

İnsektoakarisid pudra

baytarlıq preparatı

9

Ukrayna

ÇAO PNP Ukrzoovetprompostaç

Trimezin

baytarlıq preparatı

10

Ukrayna

EliFarm MMC

Pipirazinel (Peroral istifadə üçün həb)

baytarlıq preparatı

11

Ukrayna

EliFarm MMC

Pipirazinel (Peroral istifadə üçün toz)

baytarlıq preparatı

12

Ukrayna

EliFarm MMC

Poliseptel (Peroral istifadə üçün həb)

baytarlıq preparatı

13

Ukrayna

EliFarm MMC

Poliseptel (Peroral istifadə üçün toz)

baytarlıq preparatı