IKT

12 Avqust

Azərbaycandan göndərilən 140 tona yaxın pomidor və nektarin Rusiyaya - Buraxılmayıb

“Rosselxoznadzor” Azərbaycandan gətirilən və karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlandığı tərəvəz və meyvəni (8 mal partiyası) Rusiya ərazisinə buraxmayıb.

Fins.az xəbər verir ki, 2021-ci ilin iyul ayında “Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsi tərəfindən Azərbaycandan və İrandan gətirilən 20,997 min ton tərəvəz və meyvə yoxlanılıb. Karantin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlandığı bitkiçilik məhsulları (hər biri 8 mal partiyası olmaqla) Rusiya ərazisinə buraxılmayıb.

Qadağan olunmuş məhsullar arasında Azərbaycandan 82,2 t təzə pomidor və 54,8 t təzə nektarin olub. Yüklər ixracatçı ölkələrə geri qaytarılıb.

Xidmətin məlumatına görə, yük sahibləri Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar