IKT

11 Avqust

Dövlət büdcəsinin kənd təsərrüfatı ilə bağlı xərcləri 16%-dək azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin kənd təsərrüfatı ilə bağlı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7% və ya 77 mln. manat azalaraq 412,7 mln. manat icra edilib.

Bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.

Kənd təsərrüfatı ilə bağlı xərclər 485,8 mln. manat proqnoza qarşı 85% və ya 73,1 mln. manat kəsrlə icra edilərək illik proqnozun 43,8%-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatı ilə bağlı xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında çox, digər aylarda az icra edilib.

© APA