IKT

11 Avqust

Qarabağ və Dilbaz cins atlarının çoxaldılması üçün xərclənən vəsaitin həcmi açıqlanıb

Bu ilin birinci yarısında Qarabağ və Dilbaz cins atlarının çoxaldılması və cinslərinin yaxşılaşdırılması ilə bağlı tədbirlərlə əlaqədar 110 min manat xərclənib.

Bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.

Bu il dövlət büdcəsindən Qarabağ və Dilbaz cins atlarının çoxaldılması və cinslərinin yaxşılaşdırılması ilə bağlı tədbirlər üçün 700 min manat nəzərdə tutulub. Beləliklə, ilin birinci yarısında Qarabağ və Dilbaz cins atlarının çoxaldılması və cinslərinin yaxşılaşdırılması ilə bağlı tədbirlər üçün ayrılmış vəsaitin 15,7%-i icra olunub.

© APA