IKT

10 Avqust

Zaqatala fındığı Xaçmaz fındığından baha satılır – Səbəb

Zaqatalada tədarük edilən fındığın qiyməti Xaçmazdakı qiymətləri üstələyib.

Fins.az xəbər verir ki, keçdiyimiz həftədə bu mövsümün təzə toplanan fındığı Zaqatala bölgəsində təqribən 2.30-2.50 AZN/kq qiymətləri ilə satılmışdır. Xaçmaz bölgəsində fındıq yaşıl qarzaqlı (patozla təmizlənməmiş) halda təqribən 1.40 AZN/kq qiymətlə satılmışdır. Zaqatala bölgəsində köhnə mövsüm fındığı isə təqribən 3 AZN/kq qiymətlə alıcı tapmışdır.

Sektordakı mənbədən bildirilib ki, qiymətlər bazar ortalamasını göstərir, göstəriləndən bir qədər yuxarı və ya aşağı qiymətlərin də olması mümkündür.