IKT

17 İyul

Azərbaycan düyü idxalını 19% azaldıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 21 719,68 ABŞ dolları dəyərində 29 426,17 ton düyü idxal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk altı ayında ölkəyə idxal edilən düyünün dəyəri 13,1%, həcmi isə 19,2% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,40%-nə bərabər olub.