IKT

09 İyul

İndiyədək 16 min tondan çox tərəvəz istehsal olunub

Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 2008 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1151,7 hektar sahənin məhsulu yığılıb, 16 min 862 ton tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 146,4 sentner təşkil edir.

Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 10 min 149 ton xiyar, 1661 ton pomidor, 44 ton kələm, 2135 ton yaşıl lobya, 1013 ton baş soğan, 879 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı da davam edir. Fermerlər indiyədək sahələrdən 3720 ton kartof, 1394 ton bostan məhsulları yığıblar.