IKT

07 İyul

Taxılçıları indiyədək zəmilərdən 189,5 min ton məhsul yığıblar

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası başa çatmaq üzrədir. Cari mövsümdə rayonda 63 min 531 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 34 min 747,3 hektarını buğda, 28 min 783,7 hektarını arpa sahələri təşkil edir. Bu günədək taxıl sahələrinin 59 min 983,7 hektarında və ya 94,5 faizində biçin başa çatdırılıb,189 min 571 ton taxıl istehsal olunub. Hər hektarda orta məhsuldarlıq 31,6 sentner təşkil edir.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədarük olunan taxılın 94 min 411 tonu arpa, 95 min 160 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 32,8 sentner, buğda sahələrindən isə 30,5 sentner məhsul götürülüb.

Hazırda sahələrdə 136 taxılbiçən kombayn işləyir. Fermerlər sahələrdə qalan məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün bütün qüvvələri səfərbər ediblər.