IKT

06 İyul

Bu il Şəkidə 31,7 tona yaxın yaş barama istehsal olunub

Şəki rayonunda istehsalçılardan yaş barama tədarükü başa çatıb. Builki mövsümdə rayonda 31 ton 695 kiloqram yaş barama istehsal olunub.

Bu barədə  Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il barama yetişdirmək üçün Şəki rayonunda 325 kümçüyə 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdu paylanılıb. Birinci Biləcik kəndindən Samir Xəlilov builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 328,7 kiloqram yaş barama təhvil verib. Rayonun Cəyirli kənd sakini Niyaz Şirinov cari mövsümdə 316 kiloqram, Aşağı Şabalıd kəndindən Məmməd Abduləlimov isə 303,6 kiloqram yaş barama istehsal ediblər.