Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən cari ilin yanvar-may aylarında heyvandarlıq təsərrüfatı sahəsinə 6 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 55,8% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin ilk beş ayında quşçuluğun və arıçılığın inkişafına, ümumilikdə 346 min manat kredit verilib. Bu, 2020-ci ilin müvafiq göstəricisini 24,9% üstələyir.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,9% artaraq 9 788,4 ton, süd istehsalı 1,6% artaraq 37 521 ton, yumurta istehsalı 12% artaraq 55 973,6 min ədəd təşkil edib.
2021-ci ilin yanvar-may aylarında 52,27 mln. manatdan çox heyvandarlıq məhsulları istehsal edilib ki, bu göstərici son 10 ildə 63,3% artıb.