IKT

25 İyun

Azərbaycana 40-dan çox ölkədən toyuq əti idxalı qadağan edilib

Azərbaycana 40-dan çox ölkənin bəzi bölgələrindən toyuq əti idxalı qadağan edilib.

Bunu respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

O qeyd edib ki, 55-ə yaxın ölkədə hazırda quş qripi mövcuddur, amma bu xəstəliyin bəzisi vəhşi təbiətdə qeydə alınıb: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından informasiyanı əldə etdikdən sonra həmin ölkədən toyuq əti idxalı məhdudlaşdırılır. Həm ət, həm də toyuq əti idxalına məhdudiyyət qoyulanda təhlükənin aradan qalxmasından sonra müəyyən gözləmə müddəti var, bu müddət 3 aydan 3 ilə qədər ola bilər. Bundan sonra isə məhsulun idxalına qoyulan məhdudiyyət aradan qaldılır. Bu məhdudiyyət ümumi ölkə ərazisinə yox, xəstəliyin baş verdiyi zonaya aid olur”.